İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyranbatanda möhtəşəm Son zəng - FOTO/VİDEO  

1540 14.06.2024 11:18 Siyasət A A


14 iyun 11-cilərin Son zəngidir. Orta təhsili başa vuran məzunlar bu gün məktəbə "əlvida" deyir. Ölkə üzrə bütün məktəblərdə Son zəng tədbirləri keçirilir. Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə də son zəng tədbiri yüksək səviyyədə baş tutub.

Musavat.com xəbər verir ki, tədbir Dövlət Himnimizin səsləndirilməsi və Şəhidlərimizin xatirəsinin anılmasından sonra çıxışlarla davam edib.

Məktəbin direktoru Nuranə Vəliyeva geniş nitq söyləyərək, məzunlara daim vətənpərvərlik ruhunda yaşamağı, yüksək ali savada, biliklərə yiyələnməyi tövsiyə edib.

O, rəhbərlik etdiyi məktəbin məzunlarının gələcək həyatlarında bütün istiqamətlərdə etimadı doğruldan gənclər olacaqlarına əminliyini ifadə etdi.

Direktor məktəbin yüksək nəticələr göstərən, medallara layiq görülən şagirdlərinin kifayət qədər olduğuna diqqət çəkdi. Bildirdi ki, buraxılış imtahanlarında Abşeron rayonu üzrə 300 bal toplayan şagirdlərdən biri Ceyranbatan 1 saylı tam orta məktəbin yetirməsidir.

N. Vəliyeva abituriyent olan şagirdlərə daim yüksək nəticələr göstərməyi, bütün məzunlara gələcək müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb.

Daha sonra qəsəbə icra nümayəndəsi Elbrus Quliyev çıxış edərək, məzunlara müvəffəqiyyətlər arzu edib.

Yekunda abituriyentlər hazırladıqları ədəbi-musiqili proqramla çıxış etdilər.
Yekunda Son zəng çalınıb və şagirdlər müəllimləri ilə vidalaşıblar.

Musavat.com

fab0abce-9109-4568-805f-2ddebb4b1990 (1).jpg (246 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR