İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov: "Qarabağın erməni sakinlərinin keçidi tam sərbəst şəkildə təmin olunur"

371 24.08.2023 18:26 Siyasət A A

"Azərbaycan dövləti tərəfindən konstruktiv addımlar atılır. Son günlər ərzində sülhməramlıların müraciəti əsasında erməni sakinlərin keçidi tam sərbəst şəkildə təmin olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Laçın-Xankəndi yolu ətrafında baş verən proseslər barədə həmkarına məlumat verib: "Laçın yolundan Ermənistanın qanunsuz istifadə halları barədə məlumat verdim. Azərbaycan bunun qarşısını almaq üçün sərhəd keçid məntəqəsi qurdu. Bundan sonrakı dönəmdə bunu həzm edə bilməyən Ermənistan təxribatlara əl atıb".

Azərbaycanın XİN başçısı söyləyib ki, yolların məqsədli şəkildə bloklanması kimi addımlar qəbuledilməzdir: "Bu, beynəlxalq normalara uyğun deyil. Laçın yolu məsələsinin siyasiləşdirilməsi doğru deyil".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR