İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşdü - FOTO

386 17.01.2023 17:33 Siyasət A A

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin yeni təyin olunmuş xarici işlər naziri Eli Kohen arasında telefon danışığı baş tutub.

Bu barədə Musavat.com-a Azərbaycan XİN-dən bildirilib.

C.Bayramov ilk öncə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Telefon danışığı zamanı Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı ötən il keçirilən tədbirlər və qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb. Bununla yanaşı, ikitərəfli münasibətlərin çoxəsrlik tarixə malik olduğu, bu xüsusda Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə diqqətə çatdırılıb.

Nazirlər, Azərbaycan ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlərin yüksək səviyyəsini qeyd edərək, hazırkı çoxşaxəli əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər. İqtisadi, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə münasibətlərin inkişaf etdiyi, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyəti qeyd olunub. Münasibətlərin yüksək dinamikasının, xüsusilə də Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə Səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəyindən əminlik ifadə olunub.

C.Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb və İsrail şirkətlərinin qeyd edilən prosesdə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounla görüşüb.

Bu barədə israilli diplomat özünün “Twitter” hesabında yazıb.

Aliza Bin Noun “tweet”ində qonaqpərvərliyə görə C.Bayramova təşəkkür edib və bildirib ki, İsrail nümayəndə heyəti bu səmərəli görüşü yüksək qiymətləndirir.

“Bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir”, - deyə israilli diplomat əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR