İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov iranlı həmkarı ilə mövcud problemləri müzakirə edib

338 09.06.2023 01:11 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.

Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.

Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR