İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov BQXK-nın Azərbaycan rəhbəri ilə görüşdü

660 15.07.2023 12:25 Siyasət A A

Yeganə Hacıyeva: “Qırmızı Xaç Komitəsinə Bakı ən düzgün və sərfəli təklifi verib...”

İyulun 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri  Drogan Kojiçlə görüşüb. Qırmızı Xaç Komitəsinə Ağdam-Xankəndi yolu ilə Qarabağa  humanitar yardımların aparılması təklifi edilib və bu təklif maddi-texniki təminat, daşınmaların şəffaflığının təmin olunması ilə təhlükəsizlik, ən əsası isə beynəlxalq hüquq baxımından ən doğrudur.

Siyasi şərhçi Yeganə Hacıyeva hesab edir ki, Qırmızı Xaç Komitəsinə Azərbaycan ən düzgün və sərfəli təklifi verib. Çünki bu yol Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsini təmin etməyin ən qısa yoludur: “SSRİ dövründə Qarabağın təchizatı, istər Azərbaycanın, istərsə də SSRİ-nin digər bölgələrindən daşınmalar məhz bu yol vasitəsilə həyata keçirilirdi. 1970-ci illərin sonlarından isə Bakı-Ağdam dəmir yolunu bir başa Xankəndinə birləşdirən xətt çəkilmişdi. Logistika baxımından bu yol Qırmızı Xaç üçün Laçın marşrutundan daha əlverişlidir. Qırmızı Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyi və müvafiq resurs bazası var. Bərdədən Ağdama 45 kilometr + Ağdamdan isə Xankəndinə cəmi 26 kilometr və ümumilikdə bu yolun uzunluğu 71 kilometrdir. İrəvandan Xankəndinə yol isə 330 kilometrdir və, bu dağlıq və əlverişsiz dolaşıq yollardan keçir.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Yeri gəlmişkən, Xankəndidən Bakıya da yol təxminən eyni məsafədədir və ən əsası bu yolun üçdə ikisi beynəlxalq daşınmalar üçün müasir infrastrukturlarla təmin olunmuş yüksək sürətli avtobandır. Dağlıq dolaşıq yollarla yük daşımaqdansa, Beynəlxalq Qırmızı Xaç Komitəsi yükləri bu yolla daha rahat və tez həyata keçirə bilər. Beynəlxalq hüquq nöqteyi-nəzərindən də Qarabağ Azərbaycanın ərazisidir və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi öz işini Bakıdan kordinasiya etməlidir. Odur ki, zəhmət çəksin Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın göstərdiyi yollardan istifadə etsin".

Qeyd edək ki, Azərbaycan Dövlət Sərhəd Xidməti bir neçə gün öncə rəsmi məlumat yayıb. Məlumatda Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri ilə Ermənistandan Xankəndinə qaçaqlamçılıq yolu ilə müxtəlif yüklər daşındığı faktlarla əksini tapırdı. Azərbaycan bu faktları əsas göstərərək Qırmızı Xaç Komitəsinin avtomobillərinin Laçın yolundan istifadəsinə qadağa qoyub.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR