İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyanın müdafiə naziri BMT-dən çıxmağa ÇAĞIRDI

1037 29.10.2023 15:33 Dünya A A

Çexiyanın müdafiə naziri Yana Çernoxova respublikanı BMT-dən çıxmağa çağırıb. Onun sözlərinə görə, təşkilatın Baş Assambleyası İsraillə münaqişə zonasında atəşkəs haqqında qətnamə qəbul edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.

Çernoxovanın sözlərinə görə, BMT bununla HƏMAS terrorçularını dəstəkləyib və İsrail özünümüdafiə hüququndan məhrum olub.

"HƏMAS silahlılarının törətdiyi misli görünməmiş terror aktına yalnız 14 ölkə qarşı çıxdı. BMT-dən utanıram. Məncə, Çexiyanın terrorçuları dəstəkləyən və fundamental özünümüdafiə hüququna hörmət etməyən bir təşkilatda yeri yoxdur. Gəlin ordan çıxaq", - deyə o bildirib.

Müdafiə naziri xatırladıb ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumu nəticəsində ölkədə 1,4 min nəfər həlak olub. O, bu hücumu 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror hücumu ilə eyniləşdirib.

Qeyd edək ki, oktyabrın 27-də BMT Baş Assambleyası səs çoxluğu ilə bir qrup ərəb ölkəsinin İsrail və HƏMAS arasında münaqişə zonasında atəşkəslə bağlı qətnaməsini təsdiqləyib. Sənədi 120 ölkə dəstəkləyib. İsrail və ABŞ da daxil olmaqla 14 ölkə buna qarşı çıxıb. Daha 45 ölkə, o cümlədən Ukrayna bitərəf qalb. HƏMAS Baş Assambleyanın qərarını alqışlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR