İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya Kim Çen Inın potensial varisini "təyin edib"

759 27.10.2023 16:30 Dünya A A

Şimali Koreya lideri Kim Çen Inın qızı Ju Ae xalq qarşısında çıxışı nəzərə alınmaqla atasının yerinə keçə bilər.

Musavat.com "Yonhap" agentliyinə istinadla xəbər verir ki, KXDR liderinin varisinin kimliyi ilə bağlı bu fərziyyə ilə Cənubi Koreyanın birləşmə naziri Kim Yonq Ho çıxış edib.

“Hazırda biz bu ehtimalı istisna edə bilmərik. Biz son fəaliyyətləri nəzərdən keçirərkən yeni imkanlara açıq olmalıyıq”, - nazir bildirib.

Təxminən 10 yaşında olduğu güman edilən Ju Ae ilk dəfə 18 noyabrda atası ilə birlikdə Hwasong-17 qitələrarası ballistik raketinin buraxılışında iştirak edərkən ictimaiyyət qarşısına çıxıb. Ho həmçinin qeyd edib ki, Şimali Koreyada yüksək səviyyəli rəhbərliyin varisliyinin formal sisteminin olmaması rejimi əsaslı olaraq qeyri-sabit və əhəmiyyətli dərəcədə həssas edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR