İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqası: Türkiyə 27 ildən sonra ilk dəfə qrupda təmsil olunmayacaq

848 25.08.2022 02:15 İdman A A

Türkiyə 27 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmayacaq.

"Report"un məlumatına görə, buna "Trabzonspor"un pley-off mərhələsinin cavab oyununda evdə Danimarka "Kopenhagen"i ilə qolsuz heç-heçə edərək, mübarizəni dayandırması səbəb olub. Qara dəniz təmsilçisi səfərdəki ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, sonuncu dəfə 1995/1996 mövsümündə Çempionlar Liqasının qrupunda Türkiyə təmsilçisi yer almayıb. Bu hal ümumilikdə isə 3 dəfə baş verib. 1992/1993 mövsümündə də Türkiyənin heç bir klubu qrupa düşə bilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR