İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçenistanda dinc əhaliyə divan tutan rus kapitan Ukraynada öldürüldü

1373 03.05.2024 15:50 Dünya A A

 

2002-ci ildə Çeçenistanda 6 dinc sakinin qətlində təqsirli bilinərək Rusiyada qiyabi məhkum olunmuş Rusiya hərbi kəşfiyyatının xüsusi təyinatlılar qrupunun keçmiş komandiri Eduard Ulman Ukraynada ölüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu vaxta qədər “tapılmayan” keçmiş kəşfiyyatçı “federal axtarışda” imiş.

Hərbçinin ölümü barədə “Yeni Buryatiya” qəzeti məlumat yayıb.

Qəzet əsgərin hansı şəraitdə öldüyünü qeyd etmir. Onun 2022-ci ildə Moskvanın dəstəklədiyi Donbass separatçılarının tərkibində döyüş əməliyyatlarında iştirak etdiyi, daha sonra Rusiya ordusunun tərkibinə qatıldığı qeyd olunub.

Ulman 2007-ci ildə Şimali Qafqaz Hərbi Dairə Məhkəməsi tərəfindən Çeçenistanda qətl törətməkdə təqsirli bilinib. O, 2002-ci il yanvarın 11-də Çeçenistanın Şatoy rayonunda mülki şəxslərin olduğu avtomobili atəşə tutmaqda təqsirli bilinib. Onun komandiri mayor Aleksey Perelevski şahidlərin də öldürülməsinə göstəriş verib və xüsusi təyinatlılar 5 dinc sakini gülləbaran ediblər. Zərərçəkənlərdən biri Zaynəp Cavatxanova səkkizinci övladına hamilə olub.

Münsiflər heyəti iki dəfə Perelevski, Ullman və digər iki xüsusi təyinatlı əsgərə bəraət verib. Onlar qətli inkar etməyiblər, lakin komandanlığın göstərişinə əməl etdiklərini bildiriblər.

Hərbi məhkəmənin hökmü elan olunana qədər Perelevskidən başqa bütün şübhəlilər “qaçıblar”. Mayor Perelevski isə cəzasını “çəkdikdən sonra” sərbəst buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR