İnsanlara hürriyət, millətlərə istiqlal!

Çaxoyan daşnakların “incə kişilik sənətindən” DANIŞDI

1159 17.10.2023 18:04 Region A A

Nikol Paşinyanın aparat rəhbərinin müavini Taron Çaxoyan daşnakların Ermənistanın Kanadadakı səfirliyi qarşısında keçirdiyi aksiyaya münasibət bildirib.

Musavat.com Caliber.az saytına istinadən xəbər verir ki, o, bu barədə feysbukda müvafiq bəyanat yayıb.

“Kanadadakı səfirliyin lövhəsinə qırmızı boya tökənlərlə İrəvanda Azərbaycan bayrağını yandıranlar eyni insanlar, yəni daşnaklardır. Bir halda bayraq yandıraraq “qəhrəman” olurlar, digər halda Ermənistan səfirliyinin girişini bağlayaraq “Vətəni xilas edirlər”. Daşnakların bu “incə kişilik sənətindən” nə ermənilər, nə də Ermənistan qazanıb, bu, sadəcə olaraq, yalançı “vətənpərvərlik” rolunu oynamaq üçün bir vasitədir. Kanadanın qaynar guşələrində məskunlaşaraq özünü vətənpərvər kimi göstərməkdən və səfirliyin girişini bağlamaqla “Vətənin xilasını” səhnələşdirməkdən asan nə var”, - deyə Taron Çaxoyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR