İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğludan VACİB AÇIQLAMA: "Fransa başda olmaqla, bəzi Avropa ölkələri..."

731 02.03.2024 16:44 Siyasət A A

Fransa başda olmaqla, bəzi Avropa ölkələri Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesini baltalamağa çalışır.

Musavat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Eks-nazir həmçinin, qeyd edib ki, Azərbaycan sülhün əldə edilməsində səmimi olduğunu göstərib. Ermənistan isə xarici təsirə məruz qalmasa, Azərbaycanla sülh sazişini imzalamağa yaxın olacaq:

“Türkiyə normallaşma prosesini Azərbaycanla koordinasiyalı şəkildə davam etdirir. Azərbaycanla Ermənistan arasındakı hər bir pozitiv addım Türkiyə ilə Ermənistan arasındakı prosesə də müsbət töhfə verəcək. Bölgədə, təbii ki, Gürcüstan da önəmlidir. Amma bu proseslər sadəcə bizim regionumuz üçün vacib deyil. Orta Dəhlizin canlanması, enerji xətlərinin ötürücülük qabiliyyətinin artırılması kimi məsələlər Avropa və Asiya üçün də həyati önəm kəsb edir”.

M. Çavuşoğlu Antalya Diplomatiya Forumunun Azərbaycan və Ermənistan tərəfinin görüşləri və müzakirələri üçün də önəmli olduğunu vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR