İnsanlara hürriyət, millətlərə istiqlal!

Canavar kadrlar...

2534 02.03.2024 17:13 Yazarlar A A

Bu, sadəcə pul toplamaq hərisliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq deyil, həm də dövlətə inamın sarsıdılması əməlidir

2021-ci ilin gərək ki, aprelində-koronavirus xəstələrindən pul aldığına görə tutulan baş həkimlər haqda yazıma “Canavar kimi cavan kadrlar” deyə, sərlövhə qoymuşdum. Onlardan birini daha çox xatırlayıram, çünki “Yeni Klinika”nın açılışında Prezident şəxsən iştirak etmişdi və həbs edilən Pərviz Abbasov da o həkimlər sırasında oturmuşdu. Yaddaşınızı təzələyirəm, Pərviz Abbasov 2021-ci ilin aprelində bir qrup şəxslə əlbir olaraq koronavirusa yoluxmuş xəstələrin klinikada müalicə alması müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunurdu.  Ona əvvəl 8 il 6 ay  həbs cəzası verildi, sonra Bakı Apelyasiya Məhkəməsi cəzasını 5 il 6 aya, Ali Məhkəmə isə 3 ilə endirdi. Bu proses elə sürətlə baş verdi ki, bəlkə də sabiq baş həkim heç istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə də aparılmadı. Ötən ilin yayında isə xəbər yayıldı ki, sabiq baş həkim budur, azadlığa buraxılıb. Günahsız birinin həbsxanada olmasını əsla arzulamaq olmaz, amma düzü, hələ də anlaya bilmirəm ki, bu adam(lar)ı cəzalandırmaq, korrupsiyaya meyl edənlərə görk üçün tutmuşdular, yoxsa bilmədiyimiz başqa səbəblər də varmış. Onunla bərabər başqa xəstəxanalarda da baş həkim və həkimlər tutulmuşdu, hələ “içəridə”dilərsə, yaxınlarının səbrləri bol olsun... 

Martın 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının Narkoloji Mərkəzin baş direktoru Elşən Mustafayevlə müavini Zamin Əliyevin həbsi yenidən “ağ xalatda qara ləkələr” mövzusunu aktuallaşdırdı. Yayılmış əməliyyat videosundan da görünür ki, gənc adamlardır, baş həkim vəzifəyə cəmi 10 ay əvvəl təyinat alıb.    

HEBS.jpg (203 KB)

Gənc yaşda yüksək vəzifəyə gətirilmiş  kadrların yolunun həbsxanaya düşməsi ilk dəfə deyil, yəqin sonuncu da olmayacaq. Bəzi aparıcı sahələrdə  gənc kadrların belə zay çıxmasının səbəbi təkcə acgözlükləri deyil. Səbəbi həm də bu adamların ta uşaq bağçasından üzübəri böyüdüyü mühitdə, ailədə axtarmaq lazımdır. Çoxunun sivisinində yazılır ki, yaxşı ali məktəblərdə oxuyublar, hətta xaricdə də təhsil alan, kurs keçənlər var. Yüksək vəzifəyə gələn kimi isə naqislikləri üzə çıxır. Çünki hən də bu mühitin balalarıdır, pulun gücünü hələ  bağçada görüblər. Sonra oxuduqları məktəbdəki müəllimlərə özləri evdən göndərilən pul paketləri veriblər, sonra ali məktəbə belə  “konvertlə”yollanıblar  və beləcə rüşvət sisteminin bir parçasına çevriliblər. Vəzifəyə oturan kimi də bu mexanizmi işə salırlar. Son illər vəzifə piləsindən tez bir zamanda kəllə mayallaq olanların “sirri”ni də daha çox burada axtarmaq lazımdır.  

CAN.jpg (146 KB)

Təmiz əxlaqlı, vicdanlı  kadrlar da çoxdur, onlar bayrağı ən yüksək dəyər bilirlər, dövləti sevirlər, xalqa xidmət etmək istəyirlər. Amma onları yolu vəzifə pilləsinə hamar  olmur. Çalışmaq lazımdır ki, vicdanlı, əxlaqlı, vətənpərvər kadrları hələ “aşağıda” olarkən vurmasınlar ki, irəli getsinlər, dövlət ərkanı onların varlığından xəbərdar olsun. Bəzi hallarda onların yollarını kəsirlər, çünki onlara yüksək vəzifə verərlərsə, o halda vicdansızlar, rüşvətxorlar irəli gedə bilməz axı. Bu acı gerçəklikdir. Hər birimizin ətrafımızda nə qədər belə savadlı, vicdanlı kadrlar “batır”... 

İndi guya səhiyyə sisteminidə  Narkoloji Mərkəzə rəhbər təyin etməyə bir vicdanlı kadr tapılmadımı? Bu, sadəcə pul toplamaq hərisliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq deyil, həm də dövlət siyasətinin sabotajıdır, dövlətə inamın sarsıdılması əməlidir!  Bu cür rüşvət “filmlərindən ” ziyan çəkən həm də dövlətin etibarıdır...

cea26512aea8467b009c34b652d5c9f5.jpg (116 KB)

 Dəfələrlə deyildiyi kimi, dövlətin kadr bazası olmalıdır,  o adamlar təqdimatla yox, seçimlə vəzifəyə təyinat almalıdırlar.  Necə ki, polisi işə götürəndə onun bütün sicilini öyrənirlər, bu adamlar da elə öyrənilməlidir.  Dövlətə bağlılığı, təmiz vicdanı boy sırasında və ya detektorla, eləcə də nəsil-köklə  öyrənmək əlbəttə, mümkün deyil.  Bunun üçün obyektiv sistem yaradılmalıdır. Kiminsə xalası oğlu, bacısı nəvəsi olduğu üçün vəzifə yüksəlişi olmamalıdır. Dövlət sistemli olaraq bu bazanı yaratmalıdır, “kasıb oğludur, vəzifədə nə işi” deyib seçim ediləcəksə, cavan cildində canavarlar hələ çox olacaq. Dövlət zəifdirsə, sənin yığdığın var-dövlətin dəyəri nədir ki?

Nazim SABİROĞLU, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR