İnsanlara hürriyət, millətlərə istiqlal!

Çak Şumer Zelenskinin ABŞ Konqresindəki çıxışına münasibət bildirdi

891 12.12.2023 23:19 Dünya A A

ABŞ Senatındakı çoxluğun lideri Çak Şumer Zelenskinin ABŞ Konqresindəki çıxışına münasibət bildirib. 

Musavat.com xəbər verir ki, Çak Şumer deyib: “Uşaqlar, mən çox qısa danışacağam. Önəmli görüş oldu. Prezident Zelenski yardıma ehtiyacı olduğunu və yardım alacağı təqdirdə bu müharibədə qalib gələ biləcəyini açıq şəkildə bildirdi. O, hansı yardıma ehtiyac olduğunu və bunun qalibiyyətə necə kömək edəcəyini ətraflı izah etdi. Hətta bir çox respublikaçı siyasətçilərimiz deyirdilər ki, biz bu müharibədə qalib gəlirik. Və ehtiyacı olan yardımı alsa, qalib gələcək. Hamımız bunu başa düşürük ki, itirsək, Putin qalib gələcək. Və bu, ABŞ üçün çox təhlükəli olacaq. Biz imkan verə bilmərik ki, Putin baş verənlərə təsir etsin. Texnologiyaya ehtiyacı olduğunu da açıq şəkildə bildirdi. Əgər bunu tez ötürməsək, çox şey baş verəcək. Birincisi, ordu, ikincisi, Avropa və bir çox media deyəcək: “Burada nə baş verir? kömək etmirlər".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR