İnsanlara hürriyət, millətlərə istiqlal!

“Buta” Klinikası: “Barəmizdə saxta xəbərlər tirajlanır”

1299 24.06.2022 16:42 Gündəm A A

Bakının Nərimanov rayonunda fəaliyyət göstərən “Buta” Klinikası bəzi mətbuat orqanlarında klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Klinikanın İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, tibb müəssisəsi hazırda öz fəaliyyətini davam etdirir və bütün personalı iş başındadır.

Musavat.com-un məlumatına görə, bəyanatda bununla bağlı deyilir: “24.06.2022-ci il tarixdə bəzi Kütləvi İnformasiya Vasitələrində və sosial media hesablarında klinikamızda Fövqəladə Hallar Nazirliyinin (FHN) yoxlamalar keçirməsi və fəaliyyətini dayandırması barədə əsassız informasiyalar yayılıb. Tərəfimizdən bildiririk ki, nazirlik əməkdaşları klinikaya baxış zamanı bəzi məhdudiyyətlər tətbiq etsələr də, bunun aradan qaldırılması üçün vaxt təyin ediblər. Biz də öz növbəmizdə mütəxəssislərin iştirakı ilə qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyətə başlamışıq. Qeyd edirik ki, aşkar olunan nöqsanlar aradan qaldırıla biləndir və tərəfimizdən bütün tədbirlər görüləcək.

Əlavə olaraq bildiririk ki, son dövrlər vaxtilə nazirliklərin birində yüksək vəzifədə çalışmış jurnalistlərdən biri tərəfindən klinikamıza və onun direktoru, Dr. Araz Bayramova qarşı məqsədli şəkildə qarayaxma kampaniyası aparılır. Hüquqi müstəvidə heç bir nəticə əldə etməyən və başdan-ayağa böhtanla məşğul olan bu xanım jurnalistin əməllərinə dözümlə yanaşsaq da, Fövqəladə Hallar Nazirliyinin son yoxlama tədbirlərini də “”Buta” klinikası bağlanır, Araz Bayramov dələduzdurmu?!” sual-nida başlığı altında mətbuata da o ötürüb. Ednews.net adlı tanınmayan bir xəbər portalında ilkin mənbə olaraq dərc olunan və sonradan bütün mətbuat orqanlarına müxtəlif başlıqlarla yönəldilən bu xəbərdə hüquqi müstəvidə təsdiqini tapmayan məhkəmə iddiasından da bəhs olunur”.

Açıqlamada həmçinin klinikanın Ednews.net portalını və bu xəbəri tirajlayan jurnalisti məhkəməyə verəcəyini, klinikanın və onun rəhbərinin nüfuzunu ləkələyən ittihamlara görə xüsusi ittiham qaydasında hüquqi ölçü götürülməsini tələb edəcəyini bəyan edib.

“Bir daha bəyan edirik ki, “Buta” klinikası tam gücü ilə fəaliyyət göstərir və müasir tibbin yenilikləri ilə bundan sonra da fəaliyyətini davam etdirəcək”, - deyə açıqlamada vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR