İnsanlara hürriyət, millətlərə istiqlal!

Bunu etsəniz, sürətlə çəki itirəcəksiniz - CƏMİ 6 GÜNƏ...

2572 04.06.2023 09:00 Səhiyyə A A

Ürəyi qorumaqdan reproduktiv sağlamlığa, xərçəngin qarşısını almağa və yağ yandırmağa qədər bir çox sağlamlıq probleminə dəstək verən qozun iştahı kəsməyə da kömək etdiyini bilirdinizmi? Qozdan başqa qatıq, pendir, şorba və salatlar təbii yolla iştahı azaltmaq üçün ideal qidalardır. Bu qidalar toxluq hormonlarını birbaşa bağırsaqlardan daha sürətli və effektiv şəkildə ifraz edərək uzun müddət toxluq hissi yaradır.

Musavat.com xəbər verir ki, bu fikirlər Türkiyənin məşhur həkim-diyetoloqu Səlahəddin Dönmezin məqaləsində öz əksini tapıb

"Təxminən 25-30 qram qozda 4 qram protein və 2 qram lif var. Yaxşı bir maqnezium qaynağı olaraq qoz ürək sağlamlığında təsirlidir. 25-30 qram qoz porsiyasında 18 qram yağ var ki, bunun da 13 qramı çox doymamış yağ turşularından ibarətdir. Qoz tərkibindəki doymamış yağ turşuları alfa-linolenik (ALA, omeqa-3) və linoleik (LA, omeqa-6) turşuları ilə qan lipidlərinə müsbət təsir etməklə yanaşı, qan damarlarını sağlam saxlayır və iltihab əleyhinə təsirə malikdir. ALA-nın bədəndəki rolu struktur membran lipidləri ilə bağlıdır və az miqdarda qəbul bədənimizdə bu lipidlərin çatışmazlığına səbəb ola bilər. ALA-nın adekvat qəbulu kişilər üçün 1,6 qram, qadınlar üçün isə 1,1 qramdır. Yəni ALA tələbatı gündə bir ovuc qoz istehlakı ilə qarşılanır. Tərkibindəki yüksək yağ və yüksək miqdarda pəhriz lifi sayəsində bu effekti təmin edir" - məqalədə qeyd olunub.

Həkim-diyetoloq bildirir ki, əsas yemək və qəlyanaltılara əlavə olaraq üç bütöv qoz istehlak etdikdə üç gündən sonra iştahınızın yavaş-yavaş azaldığını görəcəksiniz:

"Zəngin pəhrizin bir hissəsi olan qoz toxluğu artıran peptid YY hormonunda əhəmiyyətli bir artım təmin edərək aclığı artıran qrelin hormonunu azaldır və iştahı idarə etməyə kömək edir.

Metabolik sindromlu insanlarla aparılan araşdırmada bir qrupa dörd gün ərzində çoxlu doymamış yağ turşuları ilə zəngin 48 qram qoz, digər qrupa isə qozsuz doymamış yağ turşuları ilə zəngin pəhriz verilib. Araşdırma nəticəsində tərkibində qoz olan pəhrizdən istifadə edənlərin daha çox toxluq hiss etdiyi müşahidə olunub.

Qoz insan orqanizmində melatonin hormonunun istifadəyə hazır formasını ehtiva edən nadir qidalardan biridir. Əsas vəzifəsi orqanizmin bioloji saatını qorumaq, ritmini tənzimləmək və yuxu rejimini təmin etmək olan melatonin yağ yandırmada ən təsirli hormondur. Ən son elmi məlumatlar bizə göstərir ki, melatonin hormonu yağ yandırma effektini artırır və piy kütləsini 7 faiz azaltmaqla arıqlamağa kömək edir. Bu səbəbdən qoz kritik əhəmiyyətli qida elementidir və 2,5 – 4,5 ng/q melatonin ehtiva edir. Belə ki, qoz yeyən insanların qanında melatoninin səviyyəsi yüksəlir və piylərin yandırılması asanlaşır".

Sonda həkim-diyetoloq Səlahəddin Dönmez 6 günə 3 kiloqram çəki atmağa kömək edən qoz pəhrizini təqdim edir:

Səhər yeməyi: 1 qaynadılmış yumurta, 1 dilim tam yağlı feta pendiri, 3 bütöv qoz, cəfəri, qırmızı bibər, xiyar, pomidor.

Nahar: 1 kasa ezogelin, pomidor, tarhana və ya mərci şorbası, 1 dilim tam buğda çörəyi, 1 xörək qaşığı zeytun yağı ilə salat, 3 bütöv qoz.

Ara: 1 kiçik alma, 10 çiyələk, 12 albalı və ya 1 şaftalı, 3 bütöv qoz.

Axşam: Küftə, bulqur, kəsmik, 1 stəkan ayran və ya kefir.

Xərçəng, böyrək xəstələri, hamilə və laktasiya edən analar istisna olmaqla, hər kəs qoz pəhrizində verilən qidaları dəyişdirmədən tətbiq edə bilər. Ən azı altı gün tətbiq etsəniz, təsirli nəticə əldə edə bilərsiniz. Pəhrizdə planlaşdırılan hər yeməkdə mütləq ən azı iki böyük stəkan su içməli və hər gün ən az 45 dəqiqə gəzməlisiniz. Gündə 5-6 stəkan qara və ya bitki çayı, dörd stəkan şəkərsiz və südsüz qəhvə içə bilərsiniz.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR