İnsanlara hürriyət, millətlərə istiqlal!

"Buna görə cavab verməli olacam" - Netanyahudan ŞOK

1368 27.10.2023 16:25 Dünya A A

İsrailin baş naziri Benyamin Netanyahu ötən gün mətbuata açıqlamasında HƏMAS silahlılarının oktyabrın 7-də həyata keçirdiyi “Əqsa tufanı” əməliyyatı ilə bağlı təhlükəsizlik nöqsanlarının ətraflı şəkildə araşdırılacağını və özünün də bu hadisəyə görə cavab verməli olacağını bildirib.

Musavat.com xəbər verir ki, Netanyahu bunun müharibədən sonra ediləcəyini bildirib.

"Mənim indiki vəzifəm İsrail dövlətini və xalqını böyük bir qələbəyə aparmaqdır" - o deyib.

Çıxışının sonunda yəhudilərin müqəddəs kitabı olan Tövratdan sitat gətirərək israillilərə xitab edən Netanyahu Tövratın “Yeşaya” kitabında Həmas əleyhinə “kəhanəti” görəcəklərini iddia edib:

"Artıq ölkəndə zorakılıq, sərhəddə quldurluq və dağıntı xəbərləri olmayacaq. Divarlarına qurtuluş, qapılarına tərif adını verəcəksən".

Qeyd edək ki, e.ə VIII əsrdə Yerusəlimdə yaşamış Yeşaya peyğəmbərin xəbərdarlıq və kəhanətlərinin yer aldığı kitabda İsrail xalqının yaşayacağı çətinliklər və Allahın sonunda onları xilas edib öz torpaqlarına qaytaracağına dair fikirlər yer alır.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR