İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğda istehsalı gözləniləndən çox olacaq - ŞAD XƏBƏR

558 13.07.2024 23:10 Dünya A A

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bu mövsümdə dünya buğda yığımı üzrə proqnozunu iyundakı 790.75 milyon tondan iyulda 796,19 milyon tonadək artırıb.

Musavat.com xəbər verir ki, bu proqnoz nazirliyin iyul icmalında əksini tapıb.

Eyni zamanda qaba taxıl proqnozu 1,512 milyard tona (iyunda 1,511 milyard ton), qarğıdalı - 1,225 milyard tona (1,221 milyard ton) qədər artırılıb.

Nazirlik hesab edir ki, yeni kənd təsərrüfatı ilində Rusiya 48 milyon ton buğda ixrac edəcək. səviyyəsində saxlayıb.
Buğda ixracında Rusiyanın ən yaxın rəqibi olan Avropa İttifaqından ixrac isə 34.5 milyon tona bərabər olacaq. Bu, nazirliyin iyun proqnozundan 0.5 milyon ton azdır.

Nazirliyin Rusiyada buğda yığımına dair proqnozları da iyun ayı səviyyəsində qalıb - 83 milyon ton.

İyunda yem taxılının ixracı proqnozu 10,2 milyon tondan 9 milyon tona endirilib. Bu taxılın istehsalı proqnozu iyundakı 40,43 milyon tondan iyulda 39,23 milyon tona endirilib.

Rusiya qarğıdalısına gəlincə, Amerika nazirliyi iyunda ixrac proqnozunu 5 milyon tondan 4,6 milyon tona, məhsul yığımını isə bir ay əvvəlki 15,4 milyon tondan 15 milyon tona endirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR