İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xəstəlikdən əziyyət çəkənlərə ŞAD XƏBƏR - Ümid var...

1554 04.05.2023 13:54 Səhiyyə A A

"Eli Lilly" əczaçılıq şirkəti üçüncü faza tədqiqatlarını tamamladığı "Donanemab" dərmanının alzheimer xəstəliyinin inkişafını üçdə bir qədər yavaşlatdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, son vaxtlara qədər qeyri-mümkün kimi görünən bir vəziyyət yaranıb.

Bu dərman ötən ilin noyabrında xəstəliyi yavaşlatdığı sübut edilmiş "Lecanemab" dərmanına bənzər şəkildə işləyir. Hər ikisi antikordur və alzheimer xəstələrinin beyinlərində yığılan "beta amiloid" adlı yapışqan maddəni təmizləmək üçün nəzərdə tutulub. Amiloid beyindəki neyronlar arasında yığılan bir proteindir. Bu zülallar beyində lövhə əmələ gətirir.

Böyük Britaniyanın Milli Nevrologiya və Neyrocərrahiyyə Xəstəxanasının koqnitiv disfunksiyalar klinikasında çalışan Dr. Cath Mummery bildirir ki, alzheimerin müalicəsi üçün aparılan tədqiqatların gedişatı onilliklər ərzində dəyişib və müalicə üçün ümid var.

"Eli Lilly" şirkətinin yeni dərc edilən araşdırmasında erkən mərhələdə olan 1734 alzheimer xəstəsi iştirak edib. Bu şəxslərə beyindəki lövhələr yox olana qədər hər ay "Donanemab" verilib. Nəticədə xəstəlik ümumilikdə 29 faiz, sağalma ehtimalı daha yüksək olan bir qrup şəxsdə isə 35 faiz yavaşlayıb. İki könüllü beyindəki şişlik nəticəsində dünyasını dəyişib.

Şirkətdən verilən açıqlamada dərmanın yaxın aylarda xəstəxanada istifadəsinə icazə verilə biləcəyi qeyd olunub.

Bristol Universitetindən Dr. Liz Coulthard dərmanın "açıq-aşkar yan təsirləri" olduğunu vurğulayıb, lakin "alzheimer xəstəliyi olan insanlara daha yaxşı bir həyat sürməyə kömək edə biləcəyini" söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR