İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şirkətlərə BÖYÜK ZƏRBƏ - On milyardlarla gəlirdən məhrum oldular

1159 27.07.2023 15:45 İqtisadiyyat A A

Dünya bazarında neft-qaz qiymətlərinin aşağı düşməsi nəhəng enerji şirkətlərinin gəlirlərində kəskin azalmaya gətirib çıxarıb. Xüsusilə qaz qiymətlərindəki azalma şirkətlər üçün ciddi gəlir itkisinə səbəb olub.

Musavat.com xəbər verir ki, Norveçin neft-qaz nəhəngi, Azərbaycandakı neft-qaz layihələrinin iştirakçısı olan “Equinor” şirkətinin xalis mənfəəti 2023-cü ilin ikinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azalaraq 6,762 milyard dollardan 1,829 milyard dollara düşüb.

Analitiklər orta hesabla şirkətin gəlirinin 2,21 milyard dollara düşəcəyini proqnozlaşdırmışdılar.

Equinorun dürüstləşdirilmiş gəliri bu ilin ikinci rübündə ötən ilki 17,566 milyard dollardan 7,543 milyard dollara düşüb. Şirkətin özünün konsensus-proqnozunda bu göstərici 7,64 milyard dollar idi.

İkinci rübdə şirkətin gəliri illik ifadədə 37 faiz azalaraq 22,87 milyard dollar təşkil edib. Hasilatı isə ötən ilki gündəlik 1,984 milyon barel neft ekvivalentindən 1,994 min barelə yüksəlib. Lakin enerjidaşıyıcılarının orta satış qiymətinin 34 faiz azalması şirkətin gəlirlərində də kəskin düşməyə səbəb olub.

Bu ilin ikinci rübündə Britaniya-Hollandiya neft-qaz şirkəti olan Shell-in xalis gəlirləri isə keçən ilki 18,04 milyard dollardan 6 dəfəyə yaxın az – 3,134 milyard dollar təşkil edib. Bu, analitiklərin ən pis proqnozu olan 5,58 milyard dollardan da az qala ikiqat aşağı nəticədir.

Hesabat dövründə Shell-in hasilatı da azalıb – ötən ilki gündəlik 2.898 milyon barel neft ekvivalentindən 2,731 milyon barelə qədər.

Fransanın neft-qaz nəhəngi olan TotalEnergies-in xalis gəliri ikinci rübdə illik ifadədə 28 faiz azalaraq 4,088 milyard dollar təkil edib. Analitiklər 5,12 milyard dollarlıq gəlir proqnozlaşdırmışdılar.

Baxmayaraq ki, ikinci rübdə şirkətin hasilatı “Novatek” xaricində 2 faiz artıb, gəliri ötən ilki 74,774 milyard dollardan 56,271 milyard dollara qədər azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR