İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu sinfin bütün şagirdləri tələbə oldu - FOTOLAR

3990 01.09.2023 16:08 Təhsil A A

Azərbaycanda bir neçə məktəbdə bir sinfin bütün şagirdləri tələbə adını qazanaraq 100 faizlik nəticə göstəriblər.

Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunları yüz faiz nəticə göstərərək, hər biri (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan Azərbaycan Dillər Universitetinə bir, Bakı Slavyan Universitetinə bir, Bakı Dövlət Universitetinə beş, Xəzər Universitetinə bir, Lənkəran Dövlət Universitetinə beş, Dövlət İqtisad Universitetinə üç, İdarəçilik Akademiyasına bir, Azərbaycan Dövlət Pedaqoji Universitetinə bir, Dövlət Sərhəd Xidmətinin Akademiyasına bir nəfər qəbul olub.

Bundan başqa, Sumqayıt şəhər Təfəkkür liseyinin 11a, 11b sinfinin bütün şagirdləri tələbə adını qazanıb.

Bundan başqa, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin 11a, 11 b, 11e sinifləri 100% nəticə göstərərək ali məktəblərə qəbul olublar/Metbuat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR