İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərin NƏZƏRİNƏ! - 15 maydan ETİBARƏN...

1061 11.04.2023 17:03 Mədəniyyət A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcək.

Nazirlikdən Musavat.com-a bildirilib ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək.

Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq. Namizədlər müsahibə proqramı ilə bu link vasitəsilə tanış ola bilərlər.

Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR