İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərə SEVİNDİRİCİ XƏBƏR: sərfəli kreditlər veriləcək - VİDEO

2623 03.04.2023 09:40 Sosial A A

2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib.

Musavat.com xəbər verir ki, yumşalma əsasən qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.

İqtisadçı ekspert Rəşad Həsənli "Xəzər Xəbər"ə bildirib ki, pandemiyadan sonra iqtisadi sferada risklərin artması bankların kredit siyasətinə də təsir göstərmişdi. Lakin 2022-ci ilin sonlarına doğru bu istiqamətdə dəyişikliklər müsbətə doğru getdi. Bir sıra karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu bankların kredit siyasətində də özünü göstərir.

Ekspert bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə 1 milyarda yaxın artıb.
Rəşad Həsənovun sözlərinə görə, sektorlar arasında yaranan bu fərq isə, biznes kreditlərinə bəzi sahələrdə daha çox ehtiyac olduğunu göstərir. İnşaat, iaşə, nəqliyyat və ticarət xidmətlərinin təşkili kimi sahələrdə kreditləşmə nisbətən daha sürətlə genişlənməyə başlayıb. Buna görə də bu növ kreditlərin daha sərfəli şərtlərlə verilə biləcəyi gündəmdədir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR