İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslərdən orqan götürülməsi qadağandır

1025 29.03.2023 15:19 Səhiyyə A A

“Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır”.

Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı Orqan transplantasiya. Qonaq - Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, həmçinin 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi qadağandır:

“18 yaşına çatmayan şəxsdən valideynlərinin razılığı ilə yalnız sümük iliyi və kök hüceyrələrin götürülməsinə icazə verilir. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır”.

Bundan əlavə, Yeganə Abbasova bildirib ki, meyit donor-orqanları transplantasiya məqsədilə götürülən, bioloji ölüm və ya beyin ölümü keçirmiş 1 yaşına çatmış şəxs, canlı donor isə öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli şəxsdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR