İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər risk altındadır: COVID-19-un "zombi təhlükəsi"

1509 25.12.2022 22:35 Səhiyyə A A

"New York Times"ın köşə yazarı Apurva Mandavilli koronavirusun daşıyıcısının ölümündən sonra da yayılma ehtimalını söyləyib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, müəllifin sözlərinə görə, COVID-19 yoluxmuş şəxslərin cəsədlərində qalır və "zombi qorxu filmlərində olduğu kimi" daha da çox yayılır.

Eyni zamanda, yoluxmuşların cəsədləri ilə təmasda olan insanlar ən çox risk altındadır: patoloqlar və məhkəmə ekspertləri. Mandavilli, həmçinin Yaponiyanın Çiba Universitetinin alimi Hisako Saitonun ölümdən sonra 17 gün ərzində bədəndən koronavirusun inkişaf etdiyinin mümkün olduğunu təsbit etdiyi araşdırmasına diqqət çəkib. Belə ki, ölən 11 nəfərin burun mukozasından və ağciyərlərindən götürülmüş nümunələr 13 gündən sonra altı nümunədə rezistent virus aşkarlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR