İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəxslər ölümlə üz-üzədir: virusun yayılma potensialı artsa... - Həkimdən CİDDİ XƏBƏRDARLIQ

2983 17.09.2022 21:28 Səhiyyə A A

"Koronavirus pandemiyası davam edir. Hazırda virusun dünya üzrə yayılma potensialı yüksək olsa da, öldürücülük qabiliyyəti xeyli aşağıdır". 

Bunu Musavat.com-a açıqlamasında tibbi elmləri doktoru, professor Adil Qeybulla deyib. 

8365bc05-1661-3475-bf49-7f0a02518054_850.jpg (61 KB)

Həkim bildirib ki, fatal nəticələri çox az görürük:

"Bunların içərisində daha çox komoribid, onkoloji xəstələr, terminal vəziyyətdə olanlar, yaşı çox olanlar üstünlük təşkil edir. Görünən odur ki, pandemiya tədricən sona yaxınlaşır. Lakin Afrikada immun çatışmazlığı virusuna yoluxub xəstələnən şəxslər yetərincə olduğuna görə belə orqanizmlərdə virus uzun müddət qalır və mutasiyaya uğrayır. Virus belə orqanizmlərdə bəzən güclü mutagen forma ala bilər. Bu variant nəzərdən qaçırılmamalıdır. Ümumilikdə, pandemiya sönməyə doğru gedir. Mən hesab edirəm ki, koronavirus pandemiyasının yüksəlişindən danışmaq məntiqi baxımdan doğru deyil".

Adil Qeybulla məktəblərdəki vəziyyətdən də danışıb:

"Yaxşı olar ki, siniflərdə şagirdlər arasında müəyyən təbliğat işləri aparılsın. Qızdırması, soyuqdəymə əlamətləri olan uşaqlar yaxşı olar ki, bir neçə gün müddətinə dərslərdən azad edilsin. Bu, valideynlərə çatdırılmalıdır. Məsələn, bəzi siniflərdə dərslər onlayn formada keçirilə bilər. Bu, nəinki məktəblərdə, tələbə auditoriyalarında da tətbiq oluna bilər".

Həkim maskanı virusdan qoruyan etibarlı vasitə hesab etmir:

"Maska taxmaq məsələni həll etmir. Çünki həddindən artıq yoluxuculuq dövründə hadisələr də göstərdi ki, maska virusdan tam qorumur. Amma istənilən halda sosial məsafəni gözləmək, əllərin dezinfeksiyası, gigiyenaya fikir vermək vacibdir. Vitamin D qəbuluna diqqət yetirmək, onu yüksək səviyyədə saxlamaq lazımdır. Avitaminoza fikir vermək gərəkdir. Fiziki aktivliyə diqqət yetirmək, təmiz havada olmaq çox mühümdür".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR