Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Mediasiya haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bundan əlavə, təklif edilən dəyişikliyə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya prosesini aparmaq üçün mediatorlar təlimdən keçmələri barədə müvafiq sertifikata malik olmalıdırlar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.