İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu "qəbiristanlıq"la bağlı RƏSMİ AÇIQLAMA VİDEO

1104 18.03.2025 21:44 Ölkə A A

Təcili tibbi yardım (TTY) avtomobillərindən ibarət "qəbiristanlıq" görənlərin təəccübünə səbəb olub.

Həmin TTY avtomobillərinin istismara yararsız olduğu bildirilib.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin bir sıra stansiya və bölmələrinin həyətində istifadədən kənarda olan ambulanslar mövcuddur.

"Qeyd edək ki, ölkə üzrə təcili tibbi yardım stansiyalarında monitorinq aparılır. Bu proses çərçivəsində bir sıra bölmələrin həyətində park edilmiş və istifadədən çıxarılmış ambulansların balansdan silinməsi istiqamətində işlərə başlanılıb. Artıq 76 ədəd sanitar avtomobilin balansdan çıxarılması üçün müvafiq quruma müraciət olunub və təhvil-təslim prosesi davam etdirilir. Bundan əlavə, bəzi ambulanslar da texniki xidmət göstərilməsi məqsədilə şəhər və rayon üzrə tibb müəssisələrinə təhvil veriləcək.

COP29 zamanı ölkəmizə gətirilən elektrik mühərrikli təcili tibbi yardım avtomobillərinin istifadəyə verilməsi məqsədilə hazırda təhvil-təslim prosesi həyata keçirilir", - deyə məlumatda bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR