İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Trampa: "Gəl hokey oyanaq" - Kremlin və Ağ Evin versiyaları fərqlənir - SKANDAL

713 18.03.2025 22:34 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı barədə Ağ Ev və Kremlin yayımladığı rəsmi açıqlamalar arasında bir sıra ciddi fərqlər var.

Ağ Evin yaydığı mətn bu linkdə:

https://musavat.com/news/tramp-putinle-nelerden-danisib-aciqlandi-resmi_1154391.html

Kremlin verdiyi məlumata görə, liderlər Ukrayna ətrafındakı vəziyyəti geniş şəkildə müzakirə ediblər. Hər iki tərəf münasibətlərin normallaşdırılmasına maraq göstərib və beynəlxalq təhlükəsizliyin qorunmasında xüsusi məsuliyyət daşıdıqlarını vurğulayıblar.

Putin Trampa çərşənbə günü Rusiya və Ukrayna arasında 175 məhbusun 175 məhbusla dəyişdiriləcəyini bildirib. Bundan əlavə, Putin Trampın Rusiya və Ukraynanın 30 gün müddətinə bir-birinin enerji infrastrukturuna zərbə endirməkdən imtina etməsi təklifini dəstəkləyib və bu barədə hərbçilərə müvafiq göstəriş verib.

Kremlin açıqlamasında Putinin atəşkəslə bağlı Ukraynada mobilizasiyanın dayandırılmasının və ölkəyə silah tədarükünün qarşısının alınmasının vacibliyini vurğuladığı bildirilib. Rusiya və ABŞ arasında Ukrayna məsələsinin həlli üçün ekspert qruplarının yaradılması barədə razılıq əldə olunub. Bundan əlavə, Rusiya jest olaraq 23 ağır yaralı Ukrayna hərbçisini Kiyevə təhvil verəcəyini elan edib.

Bundan başqa, liderlər Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətini təmin etmək üçün yeni təşəbbüs üzərində işləmək barədə razılığa gəliblər. Kreml, həmçinin, Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılmasını münaqişənin gərginləşməsinin qarşısını almaq üçün əsas şərt kimi göstərib.

Kreml daha maraqlı bir detala da toxunub: Putin Trampa ABŞ və Rusiyada NHL və KHL liqalarından oyunçuların iştirakı ilə dostluq hokej matçlarının keçirilməsini təklif edib və Tramp bu ideyanı dəstəkləyib.

Bu açıqlama Ağ Evin yaydığı mətndən əhəmiyyətli dərəcədə fərqlənir. Ağ Ev əsas diqqəti Ukrayna müharibəsinin dayandırılması, ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılması və Yaxın Şərqdə təhlükəsizliyə yönəldib. Kreml isə daha konkret detallar paylaşaraq, məhbus mübadiləsi, enerji infrastrukturu atəşkəsi və Qara dənizdə gəmi təhlükəsizliyi kimi mövzulara toxunub.

Moskva və Vaşinqtonun fərqli vurğular etməsi tərəflərin danışıqları ictimaiyyətə necə təqdim etməyə çalışdığını göstərir. ABŞ danışıqlara qlobal geosiyasi kontekstdə yanaşır, Kreml isə daha konkret addımlar və nəticələr üzərində dayanır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR