İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şəhərin meri timsahla evləndi - VİDEO

1192 03.07.2023 20:36 Maraqlı A A

Meksikanın San Pedro Huamelula şəhərinin meri Viktor Hüqo Sosa Qarsiya xalqa şans gətirmək üçün timsahla evlənib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, şəhər sakinləri ilə rəqs edən timsah nəhayət ki, toy üçün meriyanın binasına gətirilib.

Toydan əvvəl Alicia Adriana adlı timsaha gəlinlik geyindirib, təhlükəsizlik üçün ağzı bağlandıqdan sonra San Pedro Huamelula küçələrində gəzinti və əyləncə təşkil edilib. Şəhər sakinləri ilə rəqs edən timsah nəhayət ki, toy üçün nikah evinə gətirilib. Nikahı şəhərin tanınmış dini lideri həyata keçirib.

Timsah gəlinlə evlənməyə razı olub-olmadığı barədə suala mer Qarsiya “Mən məsuliyyəti üzərimə götürürəm, çünki bir-birimizi sevirik, önəmli olan da budur. Sevgi olmadan evlilik də ola bilməz. Biz bir-birimizi sevirik və mən bu şahzadə qızla evlənməyə razıyam” - deyib.

Qeyd edək ki, bu rəmzi evlilik 1789-cu ildən ənənə halını alıb, məqsəd bolluq və sülhə nail olmaqdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR