İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, Rusiya cəbhəsini çökdürəcək - ŞOK AÇIQLAMA

3313 13.09.2022 14:51 Region A A

"Donetsk və ya Luqanskın işğaldan azad edilməsi Rusiya cəbhəsini tamamilə çökdürəcək".

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

O, Ukraynanın qəti qələbəsi üçün bir neçə şərti sadalayıb.

"Birincisi, mühüm infrastruktur obyektlərini hava hücumundan müdafiə sistemləri ilə qorumaq lazımdır. Çünki Rusiya yalnız mülki şəxslərlə döyüşəcək. İkincisi, Luqansk və ya Donetskin azad edilməsi domino effekti yaradacaq, Rusiya cəbhəsini çökdürəcək və bu, ölkədə siyasi sabitliyin pozulmasına gətirib çıxaracaq", - deyə Podolyak Tvitterdə yazıb.

Ukrayna rəsmisi Luqansk və Donetskin işğaldan azad edilməsi ssenarisinin reallığına əmin olduğunu, lakin onun həyata keçirilməsi üçün silah gərəkdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR