İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonlarda elektrik enerjisi bərpa olundu - VİDEO VİDEO

696 15.01.2024 18:49 Ölkə A A

Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təminatı bərpa olunub.

Bu barədə Musavat.com-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilir ki, hazırda qurum cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır.

“İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb”, - deyə “Azərişıq”dan bildirilib.

Qeyd olunub ki, Səhmdar Cəmiyyətin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar: “Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər. Qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0,4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən kəndlərdə yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR