İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu rayonlarda bir gündə 11 nəfəri gün vurdu

674 23.07.2023 00:46 Səhiyyə A A

Bu gün kəskin respirator virus infeksiyası və günvurma diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına 11 nəfər qəbul olunub.

Musavat.com-un APA-ya istinadla verdiyi xəbərə görə, Biləsuvar və Cəlilabad rayon sakinləri olan ümumilikdə 11 nəfər kəskin respirator virus infeksiyası diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Xəstəxanadan APA-ya bildirib ki, Masallı RMX-ya saat 10:50 radələrində kəskin respirator virus infeksiyası ilə 11 nəfər müraciət edib. Xəstələrin vəziyyəti stabildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR