İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir, Nazirlər Kabinetində də...” - Deputatdan TƏKLİF

785 19.11.2025 16:51 Gündəm A A

2026-cı ilin büdcə zərfi iki fundamental aspektinə görə xüsusilə fərqlənir.

Musavat.com-un xəbərinə görə, deputat Vüqar Bayramov büdcə müzakirələrində çıxış edərkən belə deyib.

Deputat fikrini aşağıdakı kimi əsaslandırıb:

“Birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq.

İkincisi, enerji gəlirlərimiz artıqdan sonra ilk dəfə dövlət büdcəsinin gəlirlərinin 58 faizə yaxını qeyri neft-qaz sektorunun payına düşəcək. Bu isə o deməkdir ki, qeyri-resurs sektoru yalnız ÜDM-in formalaşmasında deyil, eyni zamanda fiskal gəlirlərimizdə drayverə çevrilməkdədir. Bu isə iqtisadiyyatın dinamik inkişafı üçün güclü maliyyə bazası formalaşdırır”.

Vüqar_Bayramov.jpg (3.90 MB)

V.Bayramov deyib ki, qeyri neft-qaz gəlirlərinin müdafiə olunan xərcləri tamamilə üstəmələsi üçün büdcə konsolidasiyası çərçivəsində növbəti ildə də fiskal dayanıqlığın güclənəcəyindən xəbər verir:

“Büdcə layihəsi möhtərəm Prezident tərəfindən müəyyənləşdirilmiş milli prioritetlərə uyğun olaraq hazırlanıb. Belə ki, gələn il 12 milyard manatdan artıq vəsait milli təhlükəsizliyimizin güclənməsinə və işğaldan azad olunan ərazilərimizin bərpasına yönəldiləcək.

Ümumi büdcə xərclərinin 30 faizinə yaxının sözügedən iki istiqamətə yönəldilməsinə baxmayaraq, digər prioritet hədəflərə də tələb olunan vəsaitin ayrılması mümkün olacaq.

Belə ki, gələn il büdcə xərclərinin 17 milyard manatdan çoxu sosial yönümlü olacaq. Bu isə büdcədən xərclənən hər 100 manatdan 41 manatın sosial istiqamətə ayrılması deməkdir”.

Deputat deyib ki, bir sıra marjinal siyasi qruplar tərəfindən iqtisadiyyatın şaxələnməsi ilə bağlı aparılan islahatlara kölgə salmağa çalışır:

“Müqayisə üçün qeyd edim ki, AXC-Müsavat qrupunun yarıtmaz idarəetməsi nəticəsində tənəzzülə uğrayan iqtisadiyyat və eləcə də fiskal yığımlar Milli Liderin yenidən hakimiyyətə qayıtması nəticəsində aparılan sistemli islahatlar nəticəsində 1995-ci ildə stabilləşdi. Nəticədə Milli Liderin əsasını qoyduğu siyasət cənab Prezidentin rəhbərliyi ilə daha da dərinləşdirildi.

Son 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artdı. Eyni zamanda, 1995-ci ildə 300 dollar olan adambaşına ÜDM 2025-ci ildə 7,6 min dollara yüksələrək 25 dəfədən çox artıb.

Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, post-sosialist dövlətləri arasında adambaşına düşən ÜDM-in həcminə görə son 30 ildə ən güclü sıçrayışı Azərbaycan nümayiş etdirib. Göründüyü kimi, Azərbaycan son 30 ildə iqtisadi stabilliyi gücləndirməklə yanaşı, neft gəlirlərindən sonra iqtisadiyyatın şaxələndirilməsi islahatlarını dərinləşdirdi.

İqtisadiyyatın diversifikasiya baxımdan qeyd etmək lazımdır, son 10 ildə qeyri-neft sektorunun büdcə gəlirlərindəki payı 3 dəfə bənd artaraq 20 faizdən 60 faizə çatmaqdadır. ÜDM-in isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşür”.

Bütün bunlarla yanaşı, deputat aşağıdakı bir sıra təkliflərini təqdim edib:

“Büdcə xərclərindəki artım dinamikasının iqtisadi artıma və eləcə də bir sıra sektorlardakı tələbə təsirlərinin ayrıca qiymətləndirilməsi məqsədəuyğun olardı;

Əvvəlki müzakirələrdə qeyd etdiyimiz kimi, subsidiyaların səmərəliliyin qiymətləndirilməsi və ayrılması mexanizminin təkmilləşdirilməsi məqsədəuyğun olardı;

Nazirlər Kabinetində təşkil edilən bir sıra müzakirələrə ekspertlərin də dəvət edilməsi arzuolunan olardı. Oxşar praktika Mərkəzi Bank tərəfindən həyata keçirilir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR