İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Rusiya-Ukrayna müharibəsini uzadır - Makron TƏCİLİ hərəkətə keçdi

3128 11.06.2023 20:27 Siyasət A A

“Fransa prezidenti Emmanuel Makronla İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı zamanı Makron açıq şəkildə bildirib ki, rəsmi Tehran Ukrayna münaqişəsində Rusiyaya dəstəyi dayandırmalıdır. Lakin biz görürük ki, İran Xəzər dənizi vasitəsilə Rusiya ərazisində PUA-ların istehsalı və PUA zavodunun tikintisi ilə bağlı istənilən və hərtərəfli dəstəyi həyata keçirməkdə israrlıdır. Bu, əlbəttə ki, Rusiya-İran hərbi sənaye və hərbi-texniki əməkdaşlığının bir hissəsidir”.

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

Politoloq bildirib ki, Fransa Rusiya-İran işbirliyinə qarşı çıxır:

“Hesab edirəm ki, Fransa liderinin bu xəbərdarlıqedici, İranın Rusiyaya dəstəyini dayandırmağa çağırışı kökündən hər hansısa bir dəyişiklik etmək gücündə deyil. Rusiya ilə İran siyasi, geosiyasi, enerji, nəqliyyat, hərbi sahədə əməkdaşlıq formalaşdırıb. Rusiya-Ukrayna müharibəsində məhz İran faktorunun olması həm müharibənin müddətini uzadır, həm də Qərbi kifayət qədər ciddi şəkildə Rusiyanın dəstəkçiləri haqqında düşünməyə vadar edir.

Düşünürəm ki, Makronun İrana çağırışı heç nəyi əhəmiyyətli dərəcədə dəyişməyəcək. Rusiya-İran işbirliyi davam edəcək. Baş verən proseslər bunu deməyə əsas verir. Digər tərəfdən, İranın Rusiyaya PUA tədarükü də məhz Makronun çağırışı ilə dayanmayacaq. Hadisələr onu göstərir ki, əksinə, Rusiya ərazisində PUA istehsalına dair qəti qərar var”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR