İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Ermənistana 244 milyonluq silah VERİR

1474 27.10.2023 10:36 Dünya A A

Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanlarını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Ermənistanın yüksək rütbəli nümayəndəsi Nyu-Dehlidə iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçiriləcək silah tədarükü ilə bağlı danışıqlar aparıb.

Məlumata görə, müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir.

Buna uyğun olaraq, Hindistan əvvəllər Ermənistana xaricə ilk dəfə satılan “Pinaka” reaktiv yaylım atəş sistemləri (MLRS), həmçinin tank əleyhinə raketlər verib.

Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi vasitəsilə çatdırılıb.

“Indian Defence Research Wing” internet nəşrinin məlumatına görə, avqustun əvvəlində Hindistanın “Bharat Forge LTD” müdafiə şirkəti 155,5 milyon dollarlıq müqavilə çərçivəsində altı yedəkli 155 mm-lik ATAGS haubitsasını Ermənistana təhvil verib.

Müqavilə üç il ərzində Ermənistana bu tipli 90 artilleriya qurğusunun verilməsini nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR