İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə də Ukraynaya Patriot verir

901 11.07.2024 21:37 Dünya A A

Ukrayna prezidenti Vladimir Zelenski və Rumıniya prezidenti Klaus İohannis təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.

Razılaşmada Rumıniyanın bir Patriot sistemini Ukraynaya verməsi nəzərdə tutulur. Bildirilir ki, Rumıniya Qara dəniz regionunda dəniz təhlükəsizliyinin təmin edilməsində iştirak edəcək. Rumıniya, həmçinin Qara dənizdə minalardan təmizləmə səyləri, o cümlədən üzən dəniz minalarına qarşı birgə mübarizə sahəsində Ukrayna ilə əməkdaşlıq edəcək.

Rumıniya tərəfdaşları ilə birlikdə Rumıniya Silahlı Qüvvələrinə aid olan F-16 Təlim Mərkəzində (FTC) Ukrayna Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlanması üçün geniş imkan yaradacaq.

Razılaşmada qeyd edilir ki, xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzünün əhəmiyyətli dərəcədə artacağı təqdirdə, Rumıniya, lazım gələrsə, Ukraynaya təcili və davamlı təhlükəsizlik yardımı, bütün növ hərbi texnika və iqtisadi yardım göstərəcək və bu çərçivədə razılaşma əldə etməyə çalışacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR