İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu köynək rekordlar kitabına düşdü

826 30.05.2023 00:27 Maraqlı A A

500 min plastik şüşədən hazırlanan köynək "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Musavat.com lent.az-a istinadən bildirir ki, məhsul Rumıniyanın "Asociatia 11even", "Kaufland Romania" və "Federatia Romana" şirkətləri tərəfindən istehsal edilib. Müəlliflər öz layihəsi ilə ictimaiyyətin diqqətini tullantıların utilizasiyası probleminə cəlb etmək qərarına gəliblər.

Unikal köynəyin uzunluğu 108,96 metr, eni isə 73,48 metrdir. Əşyanın özündə Rumıniya reqbi komandasının formalarında da olan milli bayrağın "yenidən təsəvvür edilən modeli" əks olunub.

Ehtimal olunur ki, "Ginnesin Rekordlar Kitabı"na düşəndən sonra köynəkdən 10 min müxtəlif əşya tikiləcək və ehtiyacı olan uşaqlara veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR