İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu kluba loqoya görə yox, futbol üçün keçdim" - Eriksen

588 27.07.2022 14:06 İdman A A

"Brentford"dan "Mançester Yunayted"ə keçən Kristian Eriksen "qırmızı şeytanlar"a transfer olunması barədə danışıb.

Qol.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib:

"Mən futbol oynamaq istəyirəm. Buraya loqoya, ad-sana görə yox, futbola görə keçdim. Mən gəlib oynamaq istəyirəm. Təbii ki, baş məşqçi Erik ten Haq ilə söhbət etmək, onun fikirlərini dinləmək, futbol haqqında danışmaq çox gözəl idi. Bu mükəmməl idi. Onunla söhbət qərar verməyə və “Mançester Yunayted”i seçməyə kömək etdi. Düşünürəm ki, mənim oyun tərzim onun ideyalarına uyğun gəlir. Ümid edirəm hər şey yaxşı olar. Məncə, Ten Haqın üslubu mənə yaraşır”.

Qeyd edək ki, Eriksen sabiq klubu "Tottenhem"in azarkeşləri tərəfindən "Mançester Yunayted"ə keçdiyinə görə tənqid və təhqir olunurdu. Buna səbəb isə danimarkalı futbolçunun 2017-ci ildə İngiltərədə "Tottenhem"dən başqa komandada oynamayacağına dair söz verməsidir. Lakin o, iyulun 15-də "Mançester Yunayted"də 3 illik müqavilə imzalayıb. Buna görə də Eriksenin əvvəlcə "Brentford"a, daha sonra "Mançester Yunayted"ə keçməsi London təmsilçisinin fanatlarının daha da qəzəblənməsinə səbəb olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR