İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ixtisasın balı 600-dən 200-ə düşdü - Səbəb nədir? - Ekspertdən AÇIQLAMA

2189 01.09.2023 00:29 Təhsil A A

Ötən gün axşam saatlarında Azərbaycanda abituriyentlərin ixtisas seçiminin nəticələri elan olundu. Bu gün səhər saatlarında isə Azərbaycan Neft və Sənaye Universitetinin dövlət sifarişli “Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixstisasının (tədris ingilis dilində) keçid balı 200 bala enib. Keçən illərin nəticələrində isə bu ixtisasın keçid balı 600-dən yüksək olub. İndiyə qədər ixtisas seçimi mərhələlərində belə bir hal baş vermədiyi üçün bu məlumat real səslənmir.

Məsələ ilə bağlı Azərbaycan Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov Referans.az-a bildirib ki, bu haqda dəqiq məlumat hələ ki, yoxdur. “Abituriyent” jurnalının yeni nüsxəsi nəşr olunduqdan sonra keçid balları haqqında məlumat əldə etmək mümkün olacaq. Keçid ballarının formalaşması universitetdən asılı deyil, bu, müvafiq ixtisasa qəbul olan tələbələrin topladıqları ballar əsasında formalaşır.


Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, müəyyən səbəblərdən bu il ixtisaslar üzrə keçid ballarının maksimum dərəcədə azalması mümkün görünür.

“Birinci ixtisas qrupu üzrə bu il ali təhsil müəssisələrinə qəbuldan sonra dəyişikliklər var. Söhbət altqruplara bölünmədən gedir. Yəni, ötən illərdə birinci qrup üzrə hazırlaşan bütün abituriyentlər bu ixtisası seçə bilərdilər, lakin hazırda riyaziyyat-informatika altqrupu üzrə imtahan verənlər bu ixtisası seçə bilərlər. Həmin ixtisas qrupu üzrə imtahan verənlər də ancaq informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi və bu kimi ixtisasları seçiblər. Buna görə də proseslərin avtomatlaşdırılması ixtisasının balı aşağı düşüb. Burada təəccüblü heç nə yoxdur. Birmənalı şəkildə bu balın formalaşmasının səbəbi birinci ixtisas qrupu üzrə abituriyentlərin sayının az olması və əksəriyyətin digər ixtisaslara maraq göstərməsidir. Gələn il bu təkrarlanmaya bilər, informatikadan imtahan verənlərin çox olması saya öz təsirini göstərə bilər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR