İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ilin sonuna Türkiyədə inflyasiya 36 faizə düşəcək - Karahan

505 08.02.2024 12:39 İqtisadiyyat A A

 

Türkiyədə inflyasiyanın 2024-cü ilin sonuna kimi 36 faiz olacağı planlaşdırılır.

Musavat.com xəbər verir ki, bunu Türkiyə Mərkəzi Bankının yeni rəhbəri Fatih Karahan tənzimləyicinin 2024-cü il üçün hədəfləri ilə bağlı hesabatını açıqlayarkən bildirib: "İnflyasiya azalana qədər sərt pul siyasətimizi davam etdirəcəyik. Davam edən qlobal risklərə baxmayaraq, inflyasiyanın azalmağa davam edəcəyi və 2024-cü ilin sonuna kimi 36 faizə düşəcəyi proqnozlaşdırılır".

Karahanın sözlərinə görə, yanvar ayı üzrə inflyasiya məlumatları hakimiyyətin inflyasiyanın azaldılması planları ilə bağlı nikbinliyi artırır: "Yanvar ayı üzrə ilkin məlumatlara görə, xarici ticarətin dinamikasında yaxşılaşma davam edib. Cari tədiyə balansında da yaxşılaşma müşahidə olunub".

Milli Statistika İnstitutu daha əvvəl bildirmişdi ki, Türkiyədə illik inflyasiya yanvar ayında bir ay əvvəlki 64,77 faizə nisbətdə 64,86 faiz təşkil edib. Öz növbəsində bir qrup müstəqil iqtisadçı (ENAG) yanvarda Türkiyədə inflyasiyanın illik hesablamada 129,11 faiz təşkil etdiyini bildirib.

Fevralın 3-də Karahan bir gün əvvəl istefa vermiş Hafize Qaye Erkanı əvəzləyib. Türkiyə Mərkəzi Bankının yeni rəhbəri əvvəllər Nyu-York Federal Ehtiyat Bankında işləyib. Karahan 2023-cü ilin iyulunda Türkiyə Mərkəzi Bankına üzv olub.

Türkiyə Mərkəzi Bankının əvvəlki rəhbərinin dövründə inflyasiyanın qarşısını almaq və ölkə iqtisadiyyatını sabitləşdirmək üçün uçot dərəcəsi 2023-cü ilin iyununda 8,5 faizdən 2024-cü ilin yanvarında 45 faizə yüksəldilib. 2023-cü ilin sentyabrında Türkiyə hakimiyyəti üç il ərzində inflyasiyanın 65 faizdən 8,5 faizə endirilməsini nəzərdə tutan ortamüddətli iqtisadi proqram təqdim edib. İqtisadi artımın 2026-cı ilin sonuna kimi 5 faizə çatacağı proqnozlaşdırılır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR