İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Rusiya ordusunda gözlənilən dəyişikliklər açıqlandı: 14 diviziya, 16 briqada...

1033 20.03.2024 23:59 Region A A


Bu ilin sonuna qədər Rusiyada iki birləşmiş silahlı ordu, 14 yeni diviziya və 16 briqada yaradılacaq.

Musavat.com xəbər verir ki, bu məlumatı Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirdiyi kollegiya iclasında açıqlayıb.

Qeyd edək ki, martın 5-də Vladimir Putinin fərmanı ilə yenidən Moskva və Leninqrad hərbi dairələri yaradılıb. Həmin dairələrin bazasında 2010-cu ildə Qərb Hərbi Dairəsi yaradılmışdı.

2023-cü ilin noyabrında isə Putin Rusiya Silahlı Qüvvələrinin maksimum gücünün 170 min nəfər artırılaraq 1 milyon 320 min nəfərə çatdırılmasını nəzərdə tutan fərman imzalayıb.

Bütün bu addımları Rusiya Ukraynadakı müharibə və NATO-nun genişlənməsi nəticəsində özünə qarşı artan təhdidlə əlaqələndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR