İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il məktəbli turları necə təşkil olunacaq? BŞTİ müdiri açıqladı 

657 30.05.2023 15:27 Təhsil A A

"Məktəbli turları ilə bağlı prosedur qaydaları var. Həmin prosedur qaydalarına uyğun olaraq məktəblər addım ata bilərlər".

Musavat.com xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bununla bağlı təlimat ötən il də məktəblərə göndərilib:

"Artıq bütün məktəblərə hansı qaydalarla ekskursiya ilə gedə bilərlər, bunun haqqında məlumatlar verilib. Burada valideynlər də razılıq veriblər. Onun təşkilati tərəfləri də diqqətdə saxlanmalıdır. Amma valideynlər bunu öz təşəbbüsləri ilə həyata keçirirlərsə, orada təəssüf ki, biz müdaxilə edə bilmirik".

Qeyd edək ki, ötən tədris ilində məktəbli turları yol-nəqliyyat qəzaları ilə yadda qalmışdı.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR