İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu hallarda dərhal həkimə müraciət edilməlidir - XƏBƏRDARLIQ

901 23.09.2024 13:28 Səhiyyə A A

"Son vaxtlar uşaqlarda səpkili infeksiya müşahidə olunur. Bu, qızılca, məxmərək də deyil, suçiçəyi və skarlatina da deyil. Bu, "ağız-əl-ayaq" xəstəliyidir. Koksaki virusu tərəfindən törədilir və oral, fekal-oral yolla ötürülür".

Musavat.com bildirir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib.

VAQİF.jpg (31 KB)

Pediatr xəstəliyin əlamətləri və müalicəsi haqda qeyd edib:

"Hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, yuxarıda göstərilən xəstəliklərdən ayırd edilsin.

Spesifik müalicəsi yoxdur. Sadəcə hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. Adətən, 5-7 gün ərzində keçir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR