İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu halda İran DARMADAĞIN EDİLƏCƏK!” - İsrail xəfiyyəsindən ŞOK ANONS – Tural Abbaslı ilə CANLIda 

880 11.10.2023 11:30 Gündəm A A

Hizbullahın İsrailə qarşı ikinci cəbhə açması ehtimalı qalmaqdadır, amma çox azdır.

Bu sözləri İsrail “Nativ” kəşfiyyat xidmətinin keçmiş rəhbəri, politoloq Yakov Kedmi erməni mediasına açıqlamasında Hizbullahın İsrail ordusunun Qəzzaya quru əməliyyatına başlayacağı halda İsrailə qarşı hərbi əməliyyatlara qoşulacağı barədə açıqlamasını şərh edərkən deyib.

Ekspert bildirib ki, buna cavab olaraq İsrail Hizbullahı məhv etmək üçün hərəkətə keçəcək:

“İsrail Hizbullahı İranın yaratdığı və Tehrana tabe olan bir təşkilat kimi görür. Odur ki, hadisələr çox tez İranın özünə qarşı birbaşa hərbi əməliyyatlarla nəticələnə bilər ki, buna da böyük ehtimalla ABŞ da qoşulacaq. İran üçün bu, özünəqəsd ssenarisidir. İranın bütün siyasi, texnoloji, iqtisadi nailiyyətləri məhv ediləcək”.

Kedminin sözlərinə görə, İranın özü məhv edilməyəcək:

“Çünki o, güclü dövlətdir və bunu etmək mümkün deyil, lakin zərbələr ölkənin iqtisadiyyatı və infrastrukturu üçün ölümcül olacaq. Buna görə də Tehran, çox güman ki, Hizbullahın bu avantüraya cəlb olunmasına imkan verməyəcək”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR