İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün yaralanan iki mülki şəxsdən biri şairdir

1884 14.09.2022 17:10 Qarabağ xəbərləri A A

Azərbaycanlı şair Orucov Arzuman Ağdabanlı ermənilərin sərhəddə törətdiyi təxribat zamanı yaralanıb.

Musavat.com xəbər verir ki, şair özü bu barədə "Facebook" hesabında məlumat verib.

O, bildirir ki, ayağından qəlpə yarası alıb:

"Məni də tapdı top mərmisinin qəlpəsi. Bir yoldaşım da yanımda orta-ağır yaralandı".

A. Orucov aldığı yüngül xəsarətdən sonra ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sentyabrın 12-si gecə saatlarından başlayaraq açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 47 yaşlı Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 38 yaşlı Orucov Arzuman İman oğlu yaralanıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR