İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Vladimir Putinin 70 yaşı tamam olur

1496 07.10.2022 09:48 Region A A

Bu gün Rusiya prezidenti Vladimir Putinin 70 yaşı tamam olur.

Musavat.com xəbər verir ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Altıncı sinifdə oxuyarkən təqaüd almağı bacaran Vladimir Putin qiymətlərini yüksəltməyə başlayıb.

Putin əvvəlcə hüquq təhsili alıb, sonra Sovet İttifaqının məxfi kəşfiyyatında işə düzəlib. 9-cu sinifdən kəşfiyyata qoşulmağa qərarlı olan Vladimir romantik casus hekayələri arzusunun arxasınca gedib.

Leninqraddakı kəşfiyyat qərargahına gedən Vladimir Putin bu quruma daxil olmaq arzusunu bildirsə də, rəsmilər onun hüquq fakültəsini bitirməsinin lazım olduğunu bildiriblər. Bundan sonra Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin ildən SSRİ DTK-də xidmətə başlayıb. Putin 1985-ci ildə gizli kəşfiyyat missiyası üçün Şərqi Almaniyaya gedir. O dövrdə Putinin kəşfiyyat adlarının sovet Ceyms Bondu və ya rus Cudi Denç olduğu bilinir. Şərqi Almaniya Sovet İttifaqından sonra Putinin gözündə cənnət kimi görünür. 

Şərqi Almaniyanı sevən Putinin rəngarəng həyatı 1989-cu ilin noyabrında Berlin divarının yıxılması ilə sona çatır. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyir.

1989-1999-cu illər arasında Putinin adı nədənsə gündəmə gəlmirdi. O, təxminən 10 il ərzində gözdən itmişdi. Bir müddət sonra Putinin adı dünya ictimai rəyində hallanmağa başlayanda politoloqlar arasında mübahisələr yaranmış, qızğın polemikalar açılmışdı. 

O zaman Rusiya prezidenti Boris Yeltsin Putini vəzifəyə təyin edəndə siyasi analitiklər onun uğursuz kadr olduğunu iddia edərək, çox şeyə nail ola bilməyəcəyinə dair proqnozlar irəli sürürdülər. Amma Putin 1998-1999-cu illərdə Rusiya prezidenti Boris Yeltsinin hökumətində çalışaraq əvvəlcə təhlükəsizlikdən məsul nazir, sonra baş nazir vəzifəsinə yüksəldi.

Baş nazir olduqdan 5 ay sonra Boris Yeltsin Vladimir Putini Rusiyanın yeni prezidenti elan etdi. Berlin divarının uçmasından 10 il sonra Vladimir Putin Rusiya Federasiyasının prezidenti seçilir. 2008-ci il mayın 7-də onun səlahiyyət müddəti başa çatır və yerinə Dmitri Medvedevi gətirərək, özü baş nazir postuna keçir.

Nəhayət, 2012-ci il martın 4-də keçirilən prezident seçkilərində Putin 63,6 faiz səslə qalib gələrək üçüncü dəfə Rusiya Federasiyasının prezidenti olur. Konstitusiya dəyişikliyi nəticəsində prezidentlik müddəti 6 ilə qədər uzadıldıqdan sonra Putin yenidən 2018-ci il seçkilərində qalib gəlir. Beləcə onun mandatı hələ 2024-cü ilə qədər davam edəcək.

Vladimir Putin Sovet Rusiyasını müasir federasiyaya çevirən siyasətçi kimi tanınır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR