İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gecəyə belə damğa vurun - FOTOLAR

2019 31.12.2022 18:16 Yaşam A A

Yeni il gecəsi hansı tərzi seçək? Kişilər və qadınlar ziyafətə hansı geyimdə qatılsın?

Musavat.com-un suallarını Norveç kral ailəsi üçün geyim hazırlayan azərbaycanlı modelyer-dizayner Şervin Nəcəfpur cavablandırıb.

servin.jpg (75 KB)

O bildirib ki, Yeni il ərəfəsində qarderob istəklərimiz ildən-ilə bir qədər dəyişə bilər, lakin əsas fəlsəfə sabit qalır:

"31 dekabr həmişə ilin qalan hissəsindən bir az daha dəbdəbəli olur. Qarderobunuzda sizə məxsus olan son dəqiqəlik Yeni il geyimi barədə kiçik ideyalar vermək istəyirəm. Çünki sizə lazım olan hər şey yəqin ki, qarderobunuzdadır. Sadəliyi sevənlər üçün əminliklə deyə bilərəm ki, bunu oxuyan hər bir insanın qarderobunda qara paltarı var. Qara geyimi istədiyiniz aksesuarla bəzəyə bilərsiniz.

qara.png (2.42 MB)

Bu il rənglər danışdı, rəngli geyimlərdən çəkinməyin və ya Yeni il konsepti kimi tanınan qarderobunuzda parıldayan, dəbdəbəli parçalarınızı seçib özünüzə bir konsept yaradın. Qara, gümüşü, qızılı, fuşya, lavanda, buz mavisi, ağ rəngə üstünlük verin. Gecənin ulduzu sənsən, ona görə nə arzu edirsənsə, onu geyin və PARLA!"

geyim.png (1.02 MB)

Bəs artıq çəkili insanlar Yeni il gecəsi üçün necə geyim seçsin?

"Mənim kimi böyük ölçülü xanımlar da istədikləri geyimi geyinməlidirlər. Çox böyük zövqlə izlədiyim bir neçə influenser xanımın tərzindən ilham ala bilərsiniz. Dünyaca məşhur böyük ölçülü model Eşli Qraham mənim rol modelimdir. Ona baxıb Tanrı qadını yaratdı deyirəm! Özünüzü məhdudlaşdırmayın", - modelyer bildirib.

kok.png (875 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR