İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bitki bütün dünyanın diqqət mərkəzindədir - Məşhurların yeni seçimi...

4350 18.03.2023 04:25 Yaşam A A

Cenifer Aniston, Qvinet Peltrou, Mehmet Öz kimi bir çox məşhurlar kale kələminin qida rasionlarına daxil olduğunu açıqladıqdan sonra bu kələm növü bütün dünyada diqqət mərkəzinə gəlib.

Kale kələmi (Brassica oleracea var. sabellica) nədir?

Qıvırcıq kələm kimi də tanınan bu bitki qara kələmin (Qara Dəniz iqlimində yetişən kələm növü) bir növüdür. Bu bitkini xüsusi edən isə sağlamlığa müsbət təsirləridir. Kale kələmi coğrafiyamızda yeni-yeni tanınmağa başlayır. Görünüşü qara kələm ilə kahı arasında, ikisinə də bənzəyən olsa da, dadı da adı kimi özünəməxsusdur.

Məşhurların pəhriz siyahısında adı keçdiyi üçün populyarlıq qazanan kale kələminin sağlamlıq üçün faydaları saymaqla bitmir.

Bəs, bu bitkinin faydaları nədir, necə tükədilməlidir?

Acıtəhər dadı və ətri olan bu bitkini ət və tərəvəz yeməklərinin yanında çiy yemək və ya qaynadaraq suyunu içmək mümkündür. Kale kələmi daha çox ABŞ və Avropada istifadə olunur, makaronun yanında, yaxud buxarda bişərək salatların içində servis edilir. Bu kələm növündən omlet də hazırlanır.

Kale kələmi xərçəng xəstəliyinin 5 növünə qarşı təsirlidir. (Sidk kisəsi, sinə, bağırsaq, yumurtalıq və prostat xərçəngi)

Bitkinin tərkibindəki safra turşusu yeməklərdəki yağların uudulmasını azaldır və arıqlamağa kömək edir. Lifli olduğu üçün toxluq hissi yaradır, bağırsaqların funksiyasını artırır, həzm sistemini yaxşılaşdırır.

Kale kələminin ən diqqətçəkən faydalarından biri də dölün beyin inkişafını dəstəkləməsidir ki, bu da hamilə qadınların bu bitkini müntəzəm istifadə etməsini gərəkdirir.

Bu bitki günəşdən aldığı şüaları filtirlədiyi üçün gözlərə faydalıdır. Kalium, C vitamini və B6 vitamini baxımından olduqca zəngindir və ürək üçün faydalıdır.

Bu bitki ABŞ-da aparılan bir araşdırmada ən faydalı bitki seçilib.

Kale kələmində süddən daha çox kalsium var, bol mineral və dəmir tərkiblidir.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR