İnsanlara hürriyət, millətlərə istiqlal!

BSU ilə TKTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

1681 17.10.2022 17:39 Təhsil A A

Oktyabrın 17-də Bakı Slavyan Universiteti (BSU) ilə Elm və Təhsil Nazirliyininn (ETN) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

BSU-dan Musavat.com-a verilən məlumata görə, imzalanmadan öncə rektor Anar Nağıyev TKTA və BSU arasında əlaqələrin genişləndirilməsindən, ETN-nın dəstəyi ilə həyata keçirilən "Rus dili üzrə "Xarici dil müəllimliyi" ixtisasında təhsil proqramının yeni məzmununun yaradılması və tətbiqi" layihəsindən söz açıb.

TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova ali təhsil müəssisələrində akkreditasiya və keyfiyyətin təminatı ilə bağlı fikirlərini bölüşüb. O, BSU ilə əməkdaşlıqdan məmnunluq ifadə edib.

Görüşdə BSU-nun TKTA layihələrində iştirakı, həmçinin birgə layihələrin həyata keçirilməsi üçün digər əməkdaşlıq imkanları geniş müzakirə olunub.

Sonra tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması olub.

Müqaviləni rektor Anar Nağıyev və TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova imzalayıb.

Müqavilədə Agentliyin BSU-da səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dəstəyin göstərilməsi, Universitetin yazılı sorğusu əsasında tərəflər arasında əlavə xidməti müqavilə ilə razılaşdırılacaq təhsil proqramlarının beynəlxalq akkreditasiyası üçün əlaqələndirici qismində dəstəyin göstərilməsi, təhsilalanların bilik və bacarıqlarının, peşəkarlıq səviyyələrinin inkişafına, təhsil proqramlarına dəstək göstərilməsi, təlim, müsahibə və digər tədbirlərin təşkil edilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq kimi məsələlər nəzərdə tutulur.

Musavat.com

bsu_tkta_171022_01.jpg (45 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR