İnsanlara hürriyət, millətlərə istiqlal!

BŞTİ-nin müdir müavini vəzifəsinə təyinat olub - Foto

1180 23.12.2022 12:50 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Musavat.com-a verilən məlumata görə, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə “İstək” liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub. 2002-2010-cu illərdə müxtəlif yerli və beynəlxalq araşdırma şirkətlərində çalışıb, eyni zamanda “Səmərəli ünsiyyət texnikaları”, “Arqumentasiya və inandırma”, “Özünüinkişaf potensialının qiymətləndirilməsi”, “İdarəçilik modellərinin təhsildə tətbiqi” kimi bir sıra təlim modullarının müəllifi olub.

Anar Məmmədov 2014-2020-ci illərdə Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən bir sıra layihələrdə ekspert qismində çıxış edib. Finlandiya, Sinqapur, ABŞ və digər ölkələrdə təlim səfərlərində olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR